Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
09:28
Azərbaycan və Türkiyənin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"un efirində bildirib.

Onun sözlərinə görə, matç gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına başlayacağıq. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycanla oynayacağıq. İyunun 1-də Xorvatiya, 4-də isə Xorvatiya ilə qarşılaşacağıq".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Məqalədə : Azərbaycan Türkiyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
244

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
789

Koronavirus Ukraynada da aşkar edildi

27

Fevral
14:08
DÜNYA
198
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 16:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru