Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2019
19:40
BDU: Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyir

BDU: Ödənişli əsaslarla təhsil alan bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir .

"Mövcud qanunvericiliyə uyğun olaraq, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir".

Bunu  Bakı Dövlət Universitetindən bildiriblər.

Qeyd olunub ki, universitetdə hazırda 21 842 nəfər bakalavr, 1 553 nəfər magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır: "Onlardan 11 834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2 059 nəfər artıb. Belə ki, Prezidentin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər. Bu kateqoriyaya aid olan 2 327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11 779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər".

Məqalədə : BDU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6920

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5784

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7298

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7297

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10252

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7007
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 21:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru