Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2019
14:15
Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı iki dəfə azalıb

Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı ötən ilin eyni dövrünə nisbətən 1,97 dəfə azalaraq bu il dekabrın 1-nə 575 nəfər təşkil edib.

FaktXəbər-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, işsizlikdən sığorta ödənişi alanların 352 nəfəri və ya 61%-i paytaxt Bakı şəhərinin payına düşüb.

Hesabat dövründə  ölkədə işsizlikdən sığorta ödənişinin orta məbləği isə illik müqayisədə 31% artaraq cari il dekabrın 1-nə 278,6 manata yüksəlib.

Dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub.

Xatırladaq ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
359

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
306

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
476

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
354

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 14:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru