Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2019
15:29
Baş pediatr: `Azərbaycanda qızılcaya yoluxmanı dayandıra bilmişik`

“Azərbaycanda peyvəndləmə yüksək səviyyəddədir”. 

Bunu açıqlamasında baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, istər Amerika, istərsə də Avropanın ən inkişaf etmiş ölkələrində peyvəndləmənin vaxtında yüksək səviyyədə, yüksək faizlə aparılmaması ilə bağlı çox ciddi problemlər yaşanır:

“Amma Azərbaycanda belə problem yoxdur. Ötən ilin sonlarından başlayaraq Azərbaycanda qızılca xəstəliyi müşahidə olundu. Xəstəlik ya bir dəfə peyvənd olunan, ya da ümumiyyətlə peyvənd olunmayan 20-40 yaşlarında insanlarda daha çox qeydə alındı. Çünki hələ müstəqillik illərindən əvvəl qızılcaya qarşı cəmi 1 dəfə peyvənd olunurdu. Səhiyyə Nazirliyi tərəfindən 2019-cu ilin mart ayından etibarən 20-40 yaşında olan hər kəsin qızılcaya qarşı peyvənd olunması haqqında qərar qəbul olundu, milli kampaniya keçirildi. Hazırda da həmin yaş qrupunda olan şəxslərdə peyvəndlər dövlət vəsaiti hesabına pulsuz yerinə yetirilir. Bu ilin iyul ayından xəstəliyə yoluxmanı dayandıra bilmişik”. 

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda qızılca yox dərəcəsindədir: “Amma buna baxmayaraq, Avropanın bir çox ölkələrində, hətta Amerikanın Nyu-York şəhərində belə qızılcaya tutulanlar var. Bizdə bu xəstəliklərin olmamasının əsas səbəbi ölkədə peyvəndlə əhatənin çox yüksək faizdə olmasıdır. Yəni, 95-97 faiz halda uşaqlar peyvəndə cəlb olunurlar. Biz ilk növbədə valideynlərə təşəkkür edirik ki, onlar peyvəndin dəyərini bilirlər, ona görə də tibb işçilərinin uşaqları peyvəndə cəlb etməsinə mane olmurlar. Azərbaycan dövlətinin, səhiyyəsinin apardığı tədbirlər də öz effektini verir. Çünki 11 yoluxu xəstəliyə qarşı bütün peyvəndlər dövlət tərəfindən maliyyələşdirilir və uşaqlara pulsuz şəkildə tətbiq edilir”.(APA)

Məqalədə : Nəsib Quliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
233

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
286

Bakıda metroda problem: Qatarlar tuneldə qaldı

27

Fevral
16:31
NƏQLİYYAT
472

Koronavirus artıq İsraildə

27

Fevral
16:15
DÜNYA
319

Azərbaycanda hiddət doğuran görüntü - VİDEO

27

Fevral
16:07
HÜQUQ,HADİSƏ
601

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
382

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
2701
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 21:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru