Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2019
13:33
Bakıda marşrut avtobusu velosipedçini vuraraq öldürüb

Daxili İşlər Nazirliyi Bakıda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub. Sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib. 

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə : Bakı marşrut avtobus v elosipedçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
154

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
274

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
171

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
276

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru