Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
22:50
Şəmkirin icra başçısının sosial şəbəkədə yayılan fotosu barədə AÇIQLAMA - FOTO

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib.

FaktXəbər xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib.

“Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb. Hər bir ölkə vətəndaşı kimi icra başçısının da şəhid anasının əlindən öpməsi normal haldır. Bunun müzakirəyə çıxarılması gərəksizdir və bu hal ilk dəfə deyil ki, yaşanır. Cənab başçı əvvəllər də Aprel döyüşləri zamanı şəhid olan övladlarımızın ailələrinə baş çəkib, özünü o anaların övladı hesab edərək həmin yaşlı şəhid analarının əlindən öpüb.

Şəmkir rayon icra hakimiyyətinin başçısı onlarla bir rayon rəhbəri kimi yox bir oğul kimi davranıb və özünü həmin ailədən hesab edərək öz anası kimi həmin analara hörmətlə yanaşıb və özünü bir şəhid anasının övladı sayaraq onların əlindən öpüb. Hər bir şəhid anası bilir ki, Alimpaşa Məmmədov onlar üçün tək rayon rəhbəri yox, həm də bir övladıdır. Yəni bu cür davranış heç bir fərqli məqsəd daşımır sadəcə böyüyə, şəhid valideyninə olan hörmətdir. Onu da bildirək ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hətta vətəndaş görüşləri zamanı hər bir vətəndaşı səmimi şəkildə qəbul edir, onları bir dost kimi bir yaxınları kimi dinləyir, problemlərilə maraqlanır”.

Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı və onun birinci müavinin saxlanılması barədə yayılan məlumatlardan sonra sosial şəbəkələrdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü foto müzakirələrə səbəb olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5607

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4568

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6139

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6170

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8072

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5901
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 06:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru