Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
20:58
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib - FOTO

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident Vladimir Putin görüşdə çıxış etdi.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu.

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

Məqalədə : İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 07:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru