Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
15:12
Şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər verilib.

FaktXəbər-in Nazirliyə istinadən verdiyi məlumata görə, mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısının bir təzahürü kimi, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötən ilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Onlardan artıq böyük əksəriyyəti verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

İmtiyazlı kateqoriyadan olan vətəndaşların nazirlik tərəfindən avtomobillə təminatında da mühüm addımlar atılır. 2018-ci ildə onlara 265 avtomobil verilib, cari ildə isə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan da 500-ə yaxın avtomobilin verilməsi artıq təmin edilib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara indiyədək 6465 minik avtomobili verilib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının daim gücləndirilməsindən razılıqla bəhs edib, bu istiqamətdə atılan mühüm addımlara, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61918

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59646

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61316

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60990

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66452

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60717

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60967
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2021 18:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru