Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2019
16:54
Azərbaycanda şagirdlərin 7 faizi siqaret çəkir

"Azərbaycanda tütündən istifadənin səviyyəsinin hələ də yüksək olmasına baxmayaraq, ÜST-ün məlumatlarına əsasən, tütünçəkmə səviyyəsində azalma müşahidə edilir".

Bunu ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

O bildirib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir: "Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli, tədqiqatlar erkən yaşları əhatə etməlidir".

T.Musayev qeyd edib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır: "Təəssüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar ictimai yerlərdə "Tütünçəkmənin məhdudlaşdırılması haqqında" qanunun diqqətlə yerinə yetirilməsini tələb edir. Tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin artırılmasıdır. Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq".(Report)

Məqalədə : Azərbaycan şagird siqaret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4793

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3247

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2618

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2178
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 02:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru