Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
12:56
“EuroHome”dakı yanğınla bağlı müşavirə keçirilib

Dünən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə 10 dekabrda Binəqədidə “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş toplantı keçirilib.

Toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ümumilikdə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev toplantıda çıxış edərək “EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib, bununla belə, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə  profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib. 

Həmçinin, nazir müavini qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Məqalədə : EuroHome 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
469

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
299

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
307

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
300

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
285

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 01:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru