
İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir.
Türkiyə mediası yazır ki, Etimad İsmayılovu qətlə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.
G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək deyib ki, E.İsmayılovu “məcburən” öldürüb. Çünki ona 4 milyon dollarlıq borc haqda sənədi “zorla imzalatmışdı” və həmin pulları almaq üçün davamlı təhdidlər edirdi.
“Tez-tez mənə zəng vurur, təhdid edirdi. Telefonda mənə Floryadakı evimdən uşaqlarımı, nəvələrimi oğurladacağını deyirdi. Artıq ağlını itirmişdi. Həmin gün ofisə çağırdı. Telefonla kiminləsə danışdı, “harada qaldınız, gəlin bunu götürün” dedi. Etimad 2018-ci ilin martında bir azərbaycanlı iş adamından 5 milyon dollar istədi. Adam pulu tapa bilməyəndə Bursada cipini yandırdı. Mən onun ofisinə gedərkən yolüstü evə baş çəkdim, hədiyyə verilmiş silahımı hər ehtimala qarşı yanımda götürdüm. Ofisə getdim, mənə söydüyü söyüşləri dilə gətirmək mümkün deyil. Ondan şikayət etsəm xeyri olmaycaqdı, heç kim mənə kömək etməyəcəkdi. Mənə “səni indi Gürpınara aparacaqlar” dedi, sonra azyaşlı qız nəvəmin başına oyun açacaqlarını bildirdi. Digər nəvəm Dəmirin barmaqlarını kəsəcəklərini dedi. Birdən ayağa qalxdı, sağ əlini cibinə atdı. Mən də silahımı aldım. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi”,-Dəmirov ifadəsində deyib.
O, daha sonra Etimadın atasından üzr istəyib: “Atası buradadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan çox üzr istəyirəm. O da Etimadın necə adam olduğunu bilir. İndi çox peşimanam, kaş bu hadisə baş verməməydi. Hadisədən sonra maşına minib sürücümlə Beşiktaşa getdim. Oğluma telefonla baş verənləri danışdım. Qaçmaq istəsəydim yarım saat ərzində İstanbuldan çıxardım, amma ailəm buradadır. Beşiktaşda bir kafedə oturduq. Barışa dedim sən ailəmin yanında ol, mən taksiyə minib təslim olmağa gedəcəyəm. Əgər əvvəlcədən öldürmək planım olsaydı xaricdən adam çağırıb öldürdərdim...”
İlyas İsmayılov isə ifadəsində təqsirləndirilən şəxsin onun oğlu haqda dediklərinin yalan olduğunu bildirib. “Mən türk ədalətinə inanıram. Oğlum onun danışdıqları kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst adam idi. Öz pulu ilə Somalidə uşaqlar üçün artezianlar qazdırmışdı. İmzaladığı müqavilələrdə yetimxanalarda yardım haqda bənd qoyurdu. Əgər şübhəli məsələni əvvəlcədən mənə desəydi oğlumla danışardım, işi yoluna qoyardım. Mənim bir sözümü iki etməzdi. Səni heç vaxt bağışlamayacam”,-o qatilə üz tutaraq deyib.
Məhkəmə Gözəl Dəmirovun məhkəmə istintaqı müddətində sərbst buraxılması haqda vəsadəti təmin etməyib, Barış Aslanın isə barəsində başqa yerə getməmək haqda iltizam alınıb. Proses davam edir.
Xatırladaq ki, bu cinayət 2018-ci ilin sentyabrında İstanbulun Florya məhəlləsində baş verib./Virtualaz

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı