Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
13:45
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

“Azərenerji” ASC sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib.

Cənubu Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib.

Belə ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən Kiçik Su Elektrik Stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Kiçik Su Elektrik Stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsi ilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd dək ki, “Azərenerji” ASC “Şimal” Elektrik Stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” Elektrik Stansiyasının daxilində də belə bir kiçik su elektrik stansiyasının tikilməsi planlaşdırılıb.

Məqalədə : Su Elektrik Stansiyası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62211

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59933

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61627

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61271

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66724

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60997

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2021 22:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru