Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
13:29
Əhməd Davudoğlu yeni partiyasını elan edib

Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlu yeni partiyasını təqdim edib.

Qurumun yaradıcılarının iştirakı ilə keçirilən mərasimdə Əhməd Davudoğlu partiyasının məram və məqsədini açıqlayıb.

Gələcək Partiya adlanan təşkilat haqqında məlumat verən Davudoğlu deyib ki, məqsəd Türkiyə üçün gözəl ortaq gələcək qurmaqdır: “Keçmişimizdən güc alıb Türkiyə üçün ortaq gələcək inşa edəcəyik".

Türkiyədə mövcud prezidentlik sistemini tənqid edən Əhməd Davudoğlu demokratik bir parlament sisteminə keçilməsi istiqamətində fəaliyyət göstərəcəklərini deyib.

Partiyanın simvolu çinar yarpağıdır. Bildirilib ki, çinar uzunömürlülük və möhkəmlik simvoludur.

Partiyanın qurucuları arasında Türkiyənin Avstriyadakı keçmiş səfiri Ümid Yardım, Əhməd Davudoğlunun baş nazirli vaxtında baş məsləhətçisi olmuş erməni yazar Etyen Mahçupyan, tanınmış jurnalist Hakan Albayrak, keçmiş millət vəkilləri Ufuk Uras, Feramuz Üstün, Ali Sarıkaya, Ömer Ünal, Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara təşkilatının keçmiş sədri rəhbəri Nedim Yamalı və digər şəxslər var.

Məqalədə : davutoglu gelecek partisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
213

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
238

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
272

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
304
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 11:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru