Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
12:44
Təhsil Nazirliyi: 3 müraciətə dair materiallar hüquq-mühafizə orqanlarına göndərilib

Cari ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub.

Təhsil Nazirliyindən verilən xəbərə görə, Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.  

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169,  322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
0

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
220

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
238

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
272
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 11:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru