Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
10:22
`Qarabağ` 9,5 milyon qazandı

Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Qarabağ” bu nəticəyə görə, UEFA-dan 190 min avro qazanıb.

Qrup mərhələsində qalib komandaya isə 570 min avro mükafat verilir. İkinci turda “Düdelanj”a səfərdə 4:1 hesabı ilə qalib gələn ağdamlılar bu məbləği büdcəsinə əlavə etmişdi. “Köhlən atlar” APOEL-lə Bakıdakı oyunda heç-heçə etməklə 190 min avro qazanmışdı. Ümumilikdə “Qarabağ” qrup mərhələsindəki nəticəyə görə 950 min avro gəlir götürüb.

Təmsilçimiz növbəti mərhələyə yüksəlsəydi, büdcəsinə daha 500 min avro əlavə ediləcəkdi. Qrup liderinə 1 milyon avro, ikincisinə isə əlavə 500 min avro da verilir.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün 2,92 milyon avro mükafat qazanmışdı. Ümumi hesablama aparsaq, ağdamlılar bu il UEFA-dan 5,01 milyon avro (təqribən 9,5 milyon manat) qazanc götürüb.

Məqalədə : "Qarabağ" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
218

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
238

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
272

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
304
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 11:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru