Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2019
12:12
Rusiyanın ən böyük hərbi gəmisində yanğın baş verib

Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcı kreyserində yanğın baş verib. Bu barədə “İnterfaks” öz mənbələrinə istinadla xəbər verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Bildirilir ki, kreyser təmirdə olub. İkinci göyərtədə qaynaq işləri görən zaman yanğın olub və təxminən 20 kv.m yer yanıb.

Baş verənlərlə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Suriyada hərbi əməliyyatlarda iştirak etdikdən sonra gəmi 2017-ci ilin fevral ayında Aralıq dənizindən Severomorska qayıdıb. Aralıq dənizində "Admiral Kuznetsov" rəsmi məlumatlara görə, iki döyüş təyyarəsini itirib. Jurnalistlər qeyd edirlər ki, əməliyyatlar zamanı kreyser çox böyük zərər görüb.

Məqalədə : Rusiya gəmi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
267

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
3097

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
267

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
293

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
416

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
395

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
418
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru