Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
22:23
Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında dəmir yolu ilə daşınan yüklərin həcmi 31% artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən FaktXəbər-ə verilən məlumata görə, bunu QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edərək bildirib.

Onun sözlərinə görə, hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur.

“Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 mln. tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur”, - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.

Məqalədə : Azərbaycan Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
218

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
238

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
272

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
304
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 11:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru