Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
18:48
Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb

Lənkəranda 1 ədəd tank əleyhinə TM-62M minası aşkarlanıb.

FaktXəbər-in Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə isinadən verdiyi (ANAMA) məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində mina tapılıb.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : Lənkəran mina 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
464

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
299

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
307

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
300

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
285

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 01:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru