Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
17:10
BMT: İraqda bir aya etirazlarda 170 nəfər öldürülüb

5 noyabr - 8 dekabr tarixləri arasında İraqda davam edən nümayişlər ən azı 170 nəfərin ölümünə səbəb olub və 2226 nəfəri yaralanıb.

"Bu məlumatlar ilkin hesab edilməlidir. Əvvəlki təcrübədən fərqli olaraq, İraq hökuməti nümayişlərin qurbanları haqqında xəstəxanalardan rəsmi məlumatlar əldə etməyə və ya xəstəxanalardakı yaralılarla görüşməyə icazə vermədi", - sənəddə deyilir.

Ümumilikdə, oktyabrın 1-dən dekabrın 8-dək İraqda ən az 414 adam öldürülüb, polis nümayəndələri də daxil olmaqla 8758 nəfər yaralanıb. Eyni zamanda gözyaşardıcı qazdan zəhərlənmə də daxil olmaqla yüngül xəsarət alan qurbanlarının sayının 19 min nəfər olduğu bildirilir.

Mütəxəssislər, İraq hakimiyyətini ölkədəki vəziyyəti sakitləşdirmək üçün səy göstərməyə və 1 oktyabr 2019-cu ildə başlayan nümayişlər zamanı ortaya çıxan insan hüquqları pozuntuları ilə bağlı bütün məlum hadisələrin hərtərəfli, müstəqil və şəffaf araşdırmalarını həyata keçirməyə çağırır.

Məqalədə : İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
464

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
299

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
307

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
300

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
285

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 01:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru