
"Bu ilin 11 ayı ərzində Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyini ciddi narahat edir".
Bunu FaktXəbər-ə BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Şöbə rəisi bildirib ki, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol-nəqliyyat hadisələri zamanı 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Baş verən yol-nəqliyyat hadisələrini təhlil edərkən məlum olur ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfə isə xəsarət alıb".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrin sayı ümumi yol qəzalarının 64 %-ni təşkil edir. Buna görə, BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib.
Müraciətdə bildirilib ki: "Piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri əsasən günün qaranlıq vaxtları və işıqlandırılmayan ərazilərdə baş verib Bundan başqa yolun hərəkət hissəsində, yerüstü və yeraltı keçidlərinin yaxınlığında da piyada vurulması halları qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı sənədləşləşmə aparılır və günahkar qanun qarşısında cavab verir. Lakin piyadalar yol hərəkəti iştirakçıları olduğundan Yol Hərəkəti haqqında Qanunun 40-cı maddəsinin tələblərinə əməl etməlidirlər. Baş verən yol-nəqliyyat hadisələri zamanı piyadalar da öz məsuliyyətini başa düşməli və tələblərə uyğun hərəkət etməlidirlər: "Buna görə də yol hərəkəti iştirakçıları olan piyadalara tövsiyyə edirik ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusi ilədə günün qaranlıq və işqlandırılmayan ərazilərində hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdn, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər".
V.Əsədov əlavə edib ki, BŞDYPİ-nin rəhbərliyin göstəriş və tapşırıqları əsasında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirlməsi üçün əlavə tədbirlər görülülür: "Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq, yeraltı və yerüstü piyada keçidlərinə ciddi şəkildə nəzarət ediləcək".
Şöbər rəisinin sözlərinə görə, əksər hallarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı təkcə sürücülərin yox, piyadaların da müəyyən təqsiri var: "Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə hərəkətin təhlükəsizliyi, piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi