Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
11:16
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda gənc oğlan və qızın yol qəzasında ölümü ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “KamAZ 53212” markalı, 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.

Yük maşını piyadaların üzərindən keçdi

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
201

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
245

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
489

Süd bioloji qocalmanı yavaşladır

17

Yanvar
12:54
AİLƏ, SAĞLAMLIQ
643
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2020 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru