Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2019
20:13
Parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan tərəfindən rəsmi dəvət alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ATƏT/DTİHB-dən bildirilib.

“Hər zaman olduğu kimi, bənzər dəvətlərdən sonrakı prosedura uğun olaraq, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesini qiymətləndirmək üçün özünün Ehtiyacların Qiymətləndirilməsi Missiyasını Azərbaycana göndərməyi planlaşdırır və bundan sonra potensial seçki müşahidə missiyasına müvafiq tövsiyə verəcək”, - deyə ATƏT/DTİHB-dən qeyd olunub.

ATƏT Parlament Assambleyasından (PA) da APA-ya bildirilib ki, Azərbaycan tərəfindən artıq növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət daxil olub. Lakin müşahidə missiyasının göndərilməsi barədə hələlik rəsmi qərarın olmadığı qeyd olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

23

Yanvar
12:40
NƏQLİYYAT
141

Çində ölümcül virusa yoluxma halı hər saat artır

23

Yanvar
11:44
BÖLMƏNİ DÜZ SEÇ!
225

Avropa kömürdən imtina edir

23

Yanvar
11:09
DÜNYA
234

Bu ərazilərdə qaz olmayacaq

23

Yanvar
10:02
ÖLKƏ
301

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

23

Yanvar
09:39
İQTİSADİYYAT
351
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 13:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru