Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2019
15:59
Nazir: `Müəllimlər savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar`

"Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

Bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbə-könüllülərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanı gənclər ölkəsi adlandırmaq olar: "Ölkə əhalisinin, təxminən, 50 faizi yaşı 30-dək olan şəxslərdir. Hazırda dünyada bir milyona yaxın insan könüllülük hərəkatına qoşulub. Dünyada hər 7 nəfərdən biri könülllüdür".

Azərbaycanda da könüllülüyün son illərdə geniş vüsət aldığını deyən C.Bayramov qeyd edib ki, bu hərəkat ilbəil artır: "Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Hər bir gənc üçün bu, həyat kredosuna çevrilməlidir. Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə maraqlarımıza uyğun peşələrin seçilməsi həmin peşələr üzrə yüksək ixtisaslı mütəxəssis olması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olması kimi vacib vəzifələri özünüz üçün müəyyən etməlisiniz. Bunlar sizin üçün əsas prioritetlər olmalıdır".(Report)

Məqalədə : Ceyhun Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

23

Yanvar
12:40
NƏQLİYYAT
141

Çində ölümcül virusa yoluxma halı hər saat artır

23

Yanvar
11:44
BÖLMƏNİ DÜZ SEÇ!
220

Avropa kömürdən imtina edir

23

Yanvar
11:09
DÜNYA
234

Bu ərazilərdə qaz olmayacaq

23

Yanvar
10:02
ÖLKƏ
301

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

23

Yanvar
09:39
İQTİSADİYYAT
351
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 13:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru