
"Planımda mövsümün sonuna qədər iki klubda praktikadan keçmək var. Biri ilə danışıqlar artıq yekunlaşıb".
Bunu apasport.az saytına açıqlamasında futbol məşqçisi Samir Abasov deyib.
Bir müddət əvvəl "Zirə" ilə yollarını ayıran və hazırda işsiz olan 41 yaşlı mütəxəssis mövsümün sonuna qədər boş oturmaq fikrində deyil. O, bu müddət ərzində praktika üçün iki klubun düşərgəsinə yollanacaq ki, onlardan biri artıq məlumdur. Abasov yanvarda "Sevilya"nın bazasına gedəcək: "Çox şey öyrənəcəyimi düşündüyüm iki klub var ki, ora getməyi planlaşdırıram. İnşallah, yanvarda "Sevilya"nın düşərgəsinə yollanacam. Razılığı almışıq, sadəcə, onlar hansı günlərin münasib olduğu ilə bağlı məktub göndərəcəklər".
Abasov İspaniya klubunu seçməsinin səbəblərini də açıqlayıb: "Sevilya"ya hər il yeni oyunçular gəlir, heyətini yeniləyir. Baş məşqçiləri Xulen Lopeteqi İspaniya yığmasında da, "Real"da da işləyib. Yüksəlişi də, enişi də görən məşqçidir. Həm sərgilənən oyun, həm də struktur baxımından mənim üçün gediləsi yerdir".
Milli komandamızın sabiq futbolçusunun canlı görmək istədiyi digər baza "Ayaks"dır. Ancaq o, bu baxımdan müəyyən problem yaşadığını etiraf edib: "Sevilyadan döndükdən sonra tempdən düşməmək üçün ən azı daha bir klubun düşərgəsinə getmək istəyirəm. Futboldakı yeniliklər baxımından axsamağa başlamışam. İstəyirəm çatışmayan cəhətləri düzəldim. Arzuladığım növbəti klub "Ayaks"dır. İngiltərə Premyer Liqasında da getmək istədiyim klub var, ancaq buna imkanım çatmır. "Ayaks"a yollanmaq da mənim təkbaşına yerinə yetirə biləcəyim iş deyil. Açığı, ora çıxışım yoxdur. Buna gücü çatan kimsə olsa, ondan xahiş edəcəm. Mənə maddi kömək lazım deyil. Sadəcə, bu işlə məşğul olan insanlardan Hollandiya klubu ilə əlaqə saxlamağıma kömək etmələrini xahiş edəcəm".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik