Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2019
12:02
Valideynlərin uşaqlara işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb

Bakı şəhəri, Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətini rəhbəri Eldar Sultanov "Facebook" profilində yazıb.

O qeyd edib ki, iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb: "Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
464

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
299

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
307

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
300

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
285

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 01:35



  (+994 55) 786-96-84

  [email protected]m

Valyuta.com

Рейтинг@Mail.ru