Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
21:31
Daha bir müxalifət partiyası parlament seçkilərində iştirak qərarı verdi

AĞ Partiya İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.

FaktXəbər-in məlumatına görə, bu barədə partiyanın sədri Tural Abbaslı xəbər verib. Onun sözlərinə görə, toplantı gündəliyinin əsas məsələsindən biri növbədənkənar parlament seçkiləri və partiyanın bu vəziyyətdə atacağı addımlar olub:

"Bu istiqamətdə idarə heyətinin üzvlərinin gərgin və hərtərəfli analizi və müzakirələri oldu. Yekunda məsələ səsverməyə çıxarılaraq qərar qəbul edildi. Beləliklə, İdarə Heyətinin yekdil qərarıyla AĞ Partiya 09.02.2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində partiya olaraq iştirak edəcək. İlkin hesablamalara əsasən, bu seçkidə AĞ Partiya 25 namizədlə iştirak etmək niyyətindədir. Proses zamanı namizədlərin sayının dəyişməsi də mümkündür".

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə : AĞ Partiya Tural Abbaslı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54096

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52214

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53654

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58748

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 09:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru