Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
16:45
Erkin Qədirli seçkiyə gedir

“REAL Partiyasının üzvü Erkin Qədirli 9 fevral parlament seçkisində partiyanın namizədi kimi iştirak edib qalib gəlməlidir”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. 

İ. Məmmədov əlavə edib ki, bu qərar kollektiv şəkildə qəbul edilib:

“Amma “REAL”ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik”.

O qeyd edib ki. buna Erkin Qədirlinin də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır: “Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”.

Qeyd edək ki, “REAL”ın qurucularından olan Erkin Qədirli noyabrın 28-də yazdığı statusda parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi

Məqalədə : Erkin Qədirli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
284

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
323

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
277

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 07:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru