Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2019
14:26
Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.

FaktXəbər “virtualaz.org”a istinadən xəbər verir ki, ötən gün dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış “Mercedes Sprinter” mikroavtobusu aşkar edib.

Polis aşkar edib ki, avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs var, onlar soyuqdan donma təhlükəsi ilə üzləşiblər.

Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.

“Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb.

Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib.

Polislər uşaqları Atırau şəhərinə qədər müşaiyət ediblər”,-regional polis idarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar.

“Onlar sadəcə olaraq donub ölə bilərdilər, çünki avtobus xeyli vatdır şaxtada dayanmışdı”,-polis departamentindən bildiriblər.

Departamentdən əlavə ediblər ki, yarışlar başa çatana qədər Azərbaycan yığmasının mikroavtobusu təmir ediləcək və onlar komandanı hökmən yolda müşaiyət edəcəklər.

Mikroavtobusun sürücüsü Murad Səfiyev xilas olduqları üçün Atırau polisinə minnətdarlıq edib və bu məqsədlə videomüraciət yayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

23

Yanvar
12:40
NƏQLİYYAT
141

Çində ölümcül virusa yoluxma halı hər saat artır

23

Yanvar
11:44
BÖLMƏNİ DÜZ SEÇ!
220

Avropa kömürdən imtina edir

23

Yanvar
11:09
DÜNYA
234

Bu ərazilərdə qaz olmayacaq

23

Yanvar
10:02
ÖLKƏ
301

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

23

Yanvar
09:39
İQTİSADİYYAT
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 13:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru