Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
16:55
Hacı Əliyev növbəti Avropa çempionatında iştirak etməyəcək

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev 2020-ci il Avropa çempionatında iştirak etməyəcək.

Bu barədə 28 yaşlı idmançının özü məlumat verib. 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu qərarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə daha ciddi hazırlaşmaq istəyi ilə əlaqələndirib. "Məşqçilər heyətimizin Avropa çempionatında 65 kq çəkidə Turan Bayramov və ya Əli Rəhimzadəyə şans verəcəklərini düşünürəm. Mənim isə hədəfim lisenziya yarışına getmək, oradan isə olimpiadaya sağ-salamat yola düşməkdir".

Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
415

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
316

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
498

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
697
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 06:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru