Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
15:55
`Nokia 2.3` smartfonu təqdim olunub

"HMD Global" şirkəti yeni "Nokia 2.3" smartfonunu rəsmən təqdim edib. Yeni qurğu "Android One" proqramı bazasında hazırlanıb.

Yeni "Nokia 2.3" smartfonu təmiz "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, cihaz əvvəlki modellə müqayisədə daha güclü texniki xüsusiyyətlərə malikdir.

Smartfon 720x1520 piksel təsvir ölçülü 6,2 düymlük ekran, 5 meqapiksellik ön kamera, həmçinin 13 və 2 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

Smartfon "MediaTek Helio A22" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşa malikdir. Qurğu, həmçinin "4G LTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 5.0", "GPS" və "QLONASS", FM radio, "micro USB" portuna və qulaqlıqlar üçün standart konnektora malikdir. Qiyməti 109 avro təşkil edəcək "Nokia 2.3" smartfonu dekabrın ortasında satışa çıxarılacaq.

Məqalədə : Nokia 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
267

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
3097

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
267

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
293

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
416

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
395

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
418
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 04:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru