Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
10:49
Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası başlayıb

Dekabrın 6-da Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası keçirilir. Tədbirlərdə TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək TRASEKA nəqliyyat dəhlizinin inkişafının üzv ölkələr üçün də mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, biz səylərimizi birləşdirərək TRASEKA-nın cəlbediciliyini daha da artıra bilərik.

Ölkəmizin tranzit potensialından danışan nazir deyib: "Azərbaycanın şərqlə qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib.

Tədbirlərdə ötən dövrdə görülmüş işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, Bakı Bəyannaməsi qəbul ediləcək./AZERTAC

Məqalədə : TRASEKA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

23

Yanvar
12:40
NƏQLİYYAT
146

Çində ölümcül virusa yoluxma halı hər saat artır

23

Yanvar
11:44
BÖLMƏNİ DÜZ SEÇ!
225

Avropa kömürdən imtina edir

23

Yanvar
11:09
DÜNYA
234

Bu ərazilərdə qaz olmayacaq

23

Yanvar
10:02
ÖLKƏ
301

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

23

Yanvar
09:39
İQTİSADİYYAT
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 13:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru