
Xəbər verildiyi kimi, BMT Baş Assambleyası (BA) İsraildən işğal etdiyi Holan yüksəkliklərindən çıxmağı tələb edən qətnamə qəbul edib. Sənədin lehinə 91 dövlət səs verib. 9 dövlət qətnaməyə qarşı çıxıb, 65 ölkə isə səsvermədə bitərəf qalıb.
Sənədin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkliklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir.
Baş Assambleyanın sənədində bildirib ki, İsrailin 14 dekabr 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.
Bəs belə bir tarixi qərarın perspektivi varmı?
Bu və digər suallarla Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə cavablandırıb.
- Hacı, sizcə BMT Baş Assambleyasının Holan təpələri ilə bağlı qətnaməsinin icra ediləcəyi gəzləniləndirmi?
- Bismillahir Rəhmanir Rəhim. Gec də olsa BMT-nin qəbul etdiyi bu qətnamə təqdirəlayiqdir. Lakin təcrübə bu qurumun artıq öz nüfuzunu itirdiyini, bir neçə ölkənin alətinə çevrildiyini göstərir. Veto hüquqlu azman dövlətlər özlərinə sərf etməyəndə ya bu hüquqdan sui-istifadə edir (mən əlbəttə, TŞ-nı nəzərdə tuturam - İ.Ə) və beləliklə vacib sənədin qəbulunu əngəlləyirlər, ya da icrasına imkan vermirlər. BMT BA-da isə xüsusən müsəlman ölkələrinin lehinə olan qətnamələr birmənalı şəkildə sadəcə kağız üzərində qalır. Ona görə bu tipli sənədlər sanki siyahını uzatmaq üçün qəbul edilir. Belə olan halda şübhəsiz ki, həmişə olduğu kimi ABŞ yenə də İsrailin yanında olacaq və bu qətnamənin icrasına imkan verməyəcək.
Artıq bu günkü reallıqlar şəraitində problemləri siyasətdən daha çox hərbi güc, necə deyərlər, qoluzorluluq həll edir. Kimin gücü varsa ondan da çəkinirlər. Bu artıq heç kəsə sirr deyil.
- Nədən bu qənaətə gəldiniz? Ümumiyyətlə dediklərinizi sübut etmək üçün konkret faktlar göstərə bilərsinizmi?
- Bilirsiniz, belə faktlar yetərincədir. Məsələn, BMT Təhlükəsizlik Şurasının 23 dekabr 2016-cı ildə qəbul etdiyi 2334 saylı qətnaməyə əsasən İsrail rejimi Fələstin torpaqlarında yəhudilər üçün yeni yaşayış məskənlərinin inşasını dayandırmalı idi. Amma indiyə qədər bunun şahidi olmadıq.
Bütün tarixi faktlara, intifadalara, xalq dirənişlərinə və BMT-nin qərarlarına baxmayaraq 72 il əvvəl Fələstin ərazisinin ilhaqı hesabına qondarma İsrail dövləti təsis edildi. Lakin eyni qətnamənin digər bəndi olan müstəqil Fələstin dövlətinin qurulması hələ də reallaşmamış qalır.
ABŞ həmçinin BMT Təhlükəsizlik Şurasının İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyur.
Xatırladım ki, İsrailin Qüdsü paytaxt elan etməsi və ABŞ-ın da bu qərarı tanıyaraq öz səfirliyini Qüdsə köçürməsi də sionist İsrail rejiminin işğalçılıq siyasətinə əlavə stimul verən amillər sırasındadır.
Çox yaxın tarix olduğuna görə bu hadisə ilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusunun silahlı güc tətbiq etdiyi, nəticədə 59 fələstinlinin öldüyü, 2771 nəfərin yaralandığı da yəqin ki, hər kəsin yadındadır. ABŞ-ın bölgədə qarşıdurmaya gətirən bu addımının qarşısını almaq üçün Fələstin nümayəndə heyəti bir neçə dəfə BMT TŞ-na müraciət etsə də, məsələ ilə bağlı xüsusi toplantı keçirilmədi.
Ümumiyyətlə desək, Fələstin-İsrail münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 86, BMT Baş Assambleyasının isə qəbul etdiyi 720 qətnamənin heç birinə indiyədək əməl edilməyib. Bütün bu tarixi faktları nəzərə alanda Holan təpələri ilə bağlı çıxarılan qətnamənin icra edilməyəcəyini söyləmək üçün əlimizdə kifayət qədər əsasların olduğunu rahatlıqla deyə bilərik.
Əgər İsrail hələ də qanunsuz yaşayış məskənləri salırsa, onu dəstəkləyən ABŞ bir supergüc kimi Suriyanın neftlə zəngin ərazilərini işğal altında saxlayırsa və Tramp da həyasızcasına “Suriyadakı neft bizimdir, bu bizim haqqımızdır, istədiyimizi edə bilərik” deyirsə, əgər Holan təpələri ilə bağlı qətnamənin qəbulunda bitərəf qalan və əleyhinə çıxanlar Suriya məsələsində Amerika ilə eyni koalisiyada olan ölkələrdirsə, onda qətnamənin icra olunmayacağına şübhə edə bilmərik. Bütövlükdə isə bunu şərtləndirən digər həlledici faktor BMT-nin icra mexanizminin olmamasıdır. Amma məsələ ondadır ki, bunu daha çox ABŞ və onun müttəfiqlərindən asılı olan həmin beynəlxalq qurumun özü də bilir.
- Dediniz ki, BMT-nin adətən müsəlman ölkələri ilə bağlı qətnamələri icra olunmur. Necə düşünürsünüz, qətnamələr hansı halda yerinə yetirilə bilər? Ümumiyyətlə çıxış yolunu nədə görürsünüz?
- Belə qətnamələrin icra edilməsinə yalnız o halda əmin ola bilərik ki, beynəlxalq güclər İsrailin qanunsuz, ədalətsiz, işğalçı hərəkətlərinin arxasından çəkilsinlər. Bu isə o halda mümkündür ki, onların özləri işğalçı, imperialist siyasətlərindən əl çəksinlər. Çünki bu bir faktdır ki, adətən işğalçı işğalçını dəstəkləyir, ya da ən yaxşı halda “saman altından su yeridir”. Bu siyasət, bu gerçəklik bizə yaxşı tanışdır - ortada Qarabağ kimi təcrübə var. Hansı ki BMT TŞ-nin, Ermənistan qoşunlarının işğal etdiyi bu ərazilərdən dərhal çıxarılmasına dair qəbul etdiyi dörd qətnamə 25-26 ildir ki, icra olunmur.
Əgər BMT və onu idarə edənlər doğrudan da Yaxın Şərqdə sabitlik və sülh istəyirlərsə, onda İsraili işğal etdiyi tarixi Fələstin ərazilərindən, Holan təpələrindən çıxarmalıdırlar. Yəni bu kimi qətnamələrin qəbul olmasından əlavə icrasına zəmanət də lazımdır.
Müsəlman ölkələrinin nə etməli olduqlarına gəldikdə isə, onlar öz hüquqlarını qorumaq, daha doğrusu, onu əldə etmək üçün güc toplamalıdır. Bu güc isə onların birliyində, birlikdə müqavimət göstərmələrindədir. Əgər İslam ölkələri bir olub BMT- nin qəbul etdiyi qətnamələrin icrası üçün müqavimət göstərsələr, o halda bir-iki hegemon dövlətin səyi nəticəsiz qalar, müsəlman torpaqları düşmən tapdağından azad olar./İslaminSesi

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi