Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
15:12
Alp dağlarında Rusiyaya məxsus gizli casus bazası tapıldı

Qərb xüsusi xidmət orqanları Alp dağlarının Fransaya aid hissəsində da kiçik şəhərlərin birindən "arxa dayaq" kimi istifadə edən ən az 15 nəfər Rusiya casusunun siyahısını tərtib ediblər. Bu barədə "Le Monde" xəbər verir.

Bunun 2014-2018-ci illərdə baş verdiyi qeyd olunur. Bu "rus casusları" Fransa, İngiltərə, İsveçrə xüsusi xidmət orqanları və Amerikadakı tərəfdaşları tərəfindən aşkar edilib. 15 nəfərin hamısı Baş Kəşfiyyat İdarəsinin (QRU) daha əvvəl cinayət hadisələrində ixtisaslaşmış hissənin üzvləridir. Onların arasında 2018-ci ildə Londonda keçmiş QRU polkovniki Sergey Skripal və qızı Culiayaya qarşı zəhərləmə əməliyyatında iştirak etmiş Ruslan Başirov, Alexander Petrov, Sergey Fedotov, Sergey Pavlov da var.

Aşkarlanmış digər casuslar arasında Aleksandr Kulagin, Evgeni Larin, Tumur Nurizov, Namaz Yusupov, Gennadi Şvets, Monteneqroda çevrilişdə iştirak edən Vladimir Popov və Eduard Şirokov, bolqar iş adamı Yemekyan Gebreva, Nikolay Konixin, İvan Lebedev, Danil Stepanov və Georgi Qorşkov var.

Daha əvvəl Almaniyanın ölkədən qovmağı planlaşdırdığı və "arzuolunmaz şəxs" elan etdiyi iki Rusiya diplomatının da Rusiya xarici kəşfiyyatının agentləri olduğu bildirilir. Bu, Berlində keçmiş bir çeçen komandirinin qətli ilə əlaqədar baş verib. Alman hakimiyyəti hesab edir ki, Rusiyanın və ya Çeçenistan Respublikasının dövlət orqanlarının qətldə iştirakına dair kifayət qədər faktiki sübutlar var. Kreml iddiaları rədd edib.

Məqalədə : Rusiya casus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
284

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
323

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
277

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 07:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru