Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
11:05
Qubada `bit oğrusu` tutulub - FOTO

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan FaktXəvbər-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Xatırladaq ki, el arasında girdiyi evdə əlinə nə keçdi oğurlayan adama "bit oğrusu" deyilir.

Məqalədə : oğru Quba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
262

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
3050

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
256

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
283

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
410

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
390

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 01:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru