
Nazirlik 6 yeni “e-arayış” xidmətini təqdim edib. Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada əldə edə bilərlər.
FaktXəbər-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirlik tərəfindən təşkil edilmiş həmin 6 yeni “e-arayış” xidmətinin təqdim edilməsi tədbirində məlumat verilib.
Nazirliyin “Bakutel” sərgisindəki bölməsində - DOST stendində keçirilən təqdimat tədbirində qurumun E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.
Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.
Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi. “E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə - müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada real vaxt rejimində əldə edə bilər.
Misal üçün, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək arayışı istəyən quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.
Dekabr ayının sonuna qədər daha 8 növdə “e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə e-arayış xidmətlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi