Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
09:05
Nazirlər Kabineti sosial kirayə ilə bağlı qərara aydınlıq gətirib

Nazirlər Kabineti “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli qərarına aydınlıq gətirib.

 Nazirlər Kabinetinin ilk dəfə noyabr ayı üçün hazırlanan aylıq bülletenində qeyd edilib ki, qərara əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilib.

Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür.

Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olub. İndi Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir.

Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61515

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59280

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60949

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60645

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66156

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60434

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60670
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru