Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
19:58
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib

Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1689-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna əsasən, Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır.  Qanuna əsasən, Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər əsasında təşəbbüs qrupunun yaradılmasının bu qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təşəbbüs qrupunun təqdim etdiyi layihənin bu qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməlidir. Fərmana əsasən, bu sahədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Ədliyyə Nazirliyi olacaq. Başqa sözlə, Təşəbbüs qrupunun təqdim etdiyi layihənin bu qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən Ədliyyə Nazirliyinə göndərilməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun 3-cü maddəsi Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələbləri əhatə edir. Beləliklə, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində  aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

- dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;

- əmək haqqının məbləği və onun ödənilməsi qaydası;

- cinayət və ya inzibati xətalar;

- ailə münasibətləri;

- ərazi quruluşu və inzibati ərazi bölgüsü;

- dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

- seçki və referendum;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;

- amnistiya;

- seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

- Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.

Məqalədə : Ədliyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
267

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
3061

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
261

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
288

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
410

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
390

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
408
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 02:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru