Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
19:35
Azərbaycan ilkə imza atdı

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalanıb.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Sənədi Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb.

Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.

Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyəsi sistemi üzərindən həyata keçirilib.

"Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq", - Nazirlikdən bildirilib.

Məqalədə : memorandum elektron imza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
284

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
323

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
277

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 07:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru