Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
15:40
Cəbhəboyu zonada hərbi obyektlərin açılışı olub - FOTO/VİDEO

Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, rəhbərlik yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub.

Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
200

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
263

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
247

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
296

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
1603

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
278

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
287

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
244

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 01:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru