Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2019
13:34
AFFA `Neftçi`ni cərimələyib, menecerinə xəbərdarlıq edib

AFFA-nın İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XIII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Keşlə” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Zirə” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə alan meydan sahibləri də eyni cəzaya layiq görülüb.

“Səbail” – “Neftçi” görüşündə birincilərin futbolçusu Eltun Yaqublu ilə qonaqların meneceri Qədir Həsənov arasında mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onlar cəzalanacaqlar.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 manat cərimələnib. “Ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun diskvalifikasiya edilib. Görüş başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 1600 manat cərimə ödəyəcək.

Məqalədə : AFFA "Neftçi" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
482

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
316

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
322

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
305

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
300

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 04:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru