Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2019
10:20
İşığı borca görə kəsilən mənzildə şam yandırılması bədbəxt hadisəyə səbəb olub

Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.

Belə ki, Fərhad Hüseynova məxsus binanın 2-ci mərtəbəsində yerləşən ev 7 ünvanda Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları - 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb. Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən 2 gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.

A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.

Məlumata görə, noyabrın 29-da saat 16 radələrində A.Babayeva övladlarını evdə tək qoyaraq rəfiqəsigilə gedib, hava qarlandan sonra oğlu X.Babayev yaxınlıqda yerləşən marketdən şam alaraq evə qayıdıb. O, şamı yatdıqları çarpayının yanına qoyub. Onları yuxu tutduqdan sonra səhərə yaxın şamın odu mələfəyə keçib, nəticədə yanğın baş verib.

Daha sonra qonşular Fövqəladə Hallar Nazirliyinə (FHN) yanğınla bağlı məlumat verib və yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəlib. Saat 05:40 radələrində yanğın tam söndürülüb.

Xəyal və Ramal Bayramzadələr isə orta ağır dərəcəli zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Mərkəzi Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddasi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.

Məqalədə : işıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
415

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
316

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
498

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
697
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 05:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru