Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2019
09:30
Baş Nazir dərmanlarla bağlı qərar imzalayıb

Nazirlər Kabineti “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı təsdiq edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu Qayda “Dərman vasitələri haqqında” qanunun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yararsız dərman vasitələrinin dövriyyədən çıxarılması qaydasını tənzimləyir və dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərini (dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı, istifadəsi və tətbiqi) əhatə edir.

Yüksək risk qrupuna daxil olan tibb vasitələri (invaziv tibb vasitələri və tibbi qazlar) bu qaydanın məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur.

Yararsız dərman vasitələri barədə məlumatlar birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və ya dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibinə, dərman və tibb vasitələrinin istehsalçısına, dərman vasitəsinin topdansatışını həyata keçirən hüquqi şəxslərə, tibb vasitələrinin topdansatışını həyata keçirən fiziki və hüquqi şəxslərə aşağıdakı subyektlər tərəfindən təqdim edilir:

- müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri;

- bu Qaydanın 3.1-ci bəndində göstərilən məsul şəxslər istisna olmaqla, dərman vasitələrinin dövriyyəsində iştirak edən digər təşkilatlar

- tibb və əczaçılıq işçiləri

- istehlakçılar

Qərarda qeyd olunub ki, yararsız dərman vasitəsi barədə məlumatı aldıqdan sonra Qurum və məsul şəxs 5 (beş) iş günü müddətində bir-birini məlumatlandırmalıdırlar. Geri çağırılma elan olunduqdan sonra yararsız dərman vasitəsinin mövcud olduğu bütün müəssisələr geri çağırılma bitənədək həmin dərman vasitəsinin paylanılmasını və satışını dayandırmalıdır.

Qurum tərəfindən geri çağırılma barədə qərar qəbul edildikdən sonra geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılıb-dayandırılmamasına dair qərar qəbul edilməsi üçün 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşısında vəsatət qaldırılır. Nazirlik 3 (üç) iş günü müddətində geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılıb-dayandırılmamasına dair qərar qəbul edir.

Məsul şəxs geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılmasına dair Nazirliyin qərarı barədə Qurumun məlumatını aldıqdan sonra dərman vasitəsinin istehsalını, idxalını və ya ixracını dayandırır.

Dərman vasitəsinin geri çağırılmasına səbəb olan halların təkrarlanmaması üçün görülən tədbirlər barədə məlumatlar məsul şəxs tərəfindən Quruma təqdim edildikdən sonra Qurum tərəfindən dərhal qiymətləndirilmə aparılaraq istehsalın, idxalın və ya ixracın davam etdirilib-etdirilməyəcəyinə dair qərar qəbul edilməsi üçün 2 (iki) iş günü müddətində Nazirlik qarşısında vəsatət qaldırılır. Nazirlik 3 (üç) iş günü müddətində geri çağırılan dərman vasitəsinin istehsalın, idxalın və ya ixracın davam etdirilib-etdirilməyəcəyinə dair qərar qəbul edir.

Qərarla geri çağırılan dərman vasitəsinə görə kompensasiyanın ödənilməsi qaydaları da müəyyənləşib. Belə ki, məsul şəxs dərman vasitələrinin geri çağırılması ilə əlaqədar fiziki və hüquqi şəxslərə dəymiş zərəri tam ödəməlidir.

Məqalədə : dərman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48563

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48246

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47852

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53359

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47462

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47835
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 06:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru