Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
14:27
Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarda axtarışda olan 69 nəfər tutulub

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib.

Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Məqalədə : sərhəddə əməliyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47011

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45180

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46395

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46568
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 17:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru