Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2019
11:13
Valideynlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi keçiriləcək.

“BŞTİ müdirinin əmrinə əsasən keçiriləcək layihənin əsas məqsədi valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

2019-2020-ci tədris ili ərzində 9-20 dekabr və 13-24 aprel tarixlərində layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşlərdə ibtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbləri ziyarət edəcəklər.

Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış olacaq, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat veriləcək. Valideynlərin məktəb mühiti ilə bağlı bağlı rəyləri, təklifləri dinləniləcək və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılacaq.

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçiriləcək.

Bundan əlavə, BŞTİ-nin Ümumi təhsil sektorunun əməkdaşları və Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunacaq. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr veriləcək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
200

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
263

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
247

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
296

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
1603

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
278

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
287

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
244

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 01:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru