Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2019
08:32
Çempionlar Liqası: `Qalatasaray` `Brügge` ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

İlk oyun günündə A,B,C və D qruplarındakı komandalar qarşılaşacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda Belçikanın "Brügge" komandasını qəbul edəcək. Hər iki klub Avropa Liqasına vəsiqə üçün mübarizə aparır. "Sarı-qırmızılar" məğlub olsa, Avropa Liqasından da kənarda qalacaq. A qrupunun digər matçında İspaniya "Real Madrid"i Fransa PSJ-sini qəbul edəcək. "Brügge" bu tur qələbə qazana bilməsə, "Real Madrid" növbəti mərhələni oyuna çıxmadan təmin edəcək. Paris klubu isə İspaniyada məğlub olmasa, qrup liderliyini təmin edəcək.

B qrupunda "Srvena Zvezda" Serbiyada növbəti mərhələni təmin edən Almaniya "Bavariya"sı ilə üz-üzə gələcək. "Tottenhem" Joze Mourinyonun rəhbərliyi altında İngiltərədə Yunanıstan "Olimpiakos"unu məğlub edərək qrupun taleyinə aydınlıq gətirə bilər.

C qrupunda 1/8 finala öncədən yüksələn İngiltərənin digər təmsilçisi "Mançester Siti" Ukrayna "Şaxtyor"u (Donetsk) ilə qarşılaşacaq. İtaliya "Atalanta"sı isə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edəcək. Donetsk və Zaqreb klublarının xalları bərabərdir və növbəti mərhələ üçün yaxşı nəticəyə ümid edəcəklər. 

İtaliyanın "Yuventus" klubu D qrupunda İspaniya "Atletiko"sunu qəbul edəcək. Digər oyunda isə Rusiya "Lokomotiv"i Moskvada "Bayer"lə (Leverkuzen, Almaniya) qarşılaşacaq. Bu qrupda yalnız Turin təmsilçisi 1/8 finala vəsiqə qazanıb. Digər vəsiqənin sahibi isə bu matçlardan sonra bəlli ola bilər.

Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika)

24:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

Xal durumu: PSJ – 12, "Real Madrid" - 7, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrupu

24:00. "Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya)

24:00. "Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Bavariya" - 12, "Tottenhem" - 7, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

24:00. "Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya)

24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Yuventus" - 10, "Atletiko" - 7, "Bayer" - 3, "Lokomotiv" - 3.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5783

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4709

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6296

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6297

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8340

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6026
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 16:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru