Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
17:03
Agentlik sədri: “İcbari tibbi sığorta mərhələli şəkildə həyata keçiriləcək”

“Prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşmələrinin köklü şəkildə dəyişməsini nəzərə alaraq, Agentlik 2020-ci ildə hökumət və Milli Məclis qarşısında icbari tibbi sığortanın mərhələli tətbiqini təklif edib”.

FaktXəbər-in APAya istinadən məlumatına görə, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, mərhələli tətbiq ondan ibarətdir ki, 2020-ci ildə respublika üzrə 4 mərhələli bir proses olacaq: “ Azərbaycanın bölgələri 4 hissəyə bölünür. Şimal, qərb, cənub, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu. Birinci rübdə şimal hissəsində 20 rayonun icbari tibbi sığorta prinsiplərinə tam işləməsi nəzərdə tutulur. İkinci rübdə qərb bölgəsində 17 rayon, üçüncü rübdə cənub bölgəsinin 14 rayonun prosesə qoşulması planlaşdırılır. Dördüncü rübdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun prosesə qoşulması nəzərdə tutulur. Bu şəkildə 2020-ci ilin sonuna qədər bütün ölkədə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır”. 

Qeyd edək ki, ölkə Prezidentinin sərəncamı ilə icbari tibbi sığortanın 2020-ci il yanvarın 1-dən ölkə üzrə tətbiqi nəzərdə tutulurdu.  

Məqalədə : Tibbi sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
178

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
1661

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
175

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
197

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
270

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
283

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 17:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru