Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
12:42
Həkimlər: Culian Assanj həbsxanada ölə bilər

60-dan çox həkim “WikiLeaks” saytının qurucusu Culian Assanjın təcili tibbi yardım almayacağı təqdirdə həbsxanada ölə biləcəyi ilə bağlı Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patelə açıq məktub ünvanlayıb.

Məktubun məzmunu Britaniya KİV-lərində dərc olunub.

“Tibbi nəzər nöqtəsinə görə, Culian Assanjın 2020-ci il fevral ayında məhkəmə qarşısına çıxmaq imkanı bizdə ciddi narahatlıq doğurur”, - deyə Sky News telekanalında səsləndirilən məktubda bildirilir.

Böyük Britaniya, Avropa, Avstraliya və Şri-Lankadan olan həkimlər Assanjın fiziki və psixoloji vəziyyətinin mütəxəssislər tərəfindən qiymətləndirilməsi üçün onun təcili tibbi mərkəzə köçürülməli olduğunu qeyd edib. “Yardım göstərilməsə, Culian Assanj həbsxanada ölə bilər”, - deyə həkimlər vurğulayıb.

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. Aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.

London məhkəməsi mayın 1-də girov müqabilində azadlıq şərtlərini pozduğuna görə Culian Assanja 11 ay həbs cəzasına məhkum edib. Onun ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr mayın 2-də keçirilməlidir. ABŞ-da haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusu 175 il həbs cəzasına məhkum edilə bilər.

Məqalədə : Culian Assanj 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54116

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52234

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53679

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53414

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58778

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53049

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53458
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 12:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru