Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
11:53
Müsavat funksioneri jurnalisti hədələyib

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqalı ilə bağlı partiya qarşısında davamlı olaraq faktlar qoyan jurnalist Yafəz Əkrəmoğlunu təhdid edərək onu məhkəməyə verəcəyini deyib.

O, növbəti addım kimi Almaniya məhkəməsinə müraciət edəcəyini bildirib.

"Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq. Yaşayarıq, görərik" - deyə, G.Aslanlı qeyd edib.

Jurnalist Yafəz Əkrəmoğlu isə onun bu təhdidlərinə cavab olaraq digər fakt açıqlayıb. Bildirib ki, Gülağa Aslanlı mühacirәtә gәlәnlәr üçün "paket" düzəldir. Paketin aşağı qiymәti isə 6 mindir.

"Ancaq Avropada bu qәlәti (qәlәt farsca sәhv demәkdir) edә bilmәzsәn. Çünki, Avropa mәhkәmәlәri sәnin saxta mühacirlәrә verdiyin arayışlardan boğaza yığılıblar. Oturub sәni gözlәyirlәr ki, gәlәn kimi sənin özünü hәbs etsinlər. "Так что", papağını qoy qabağa yaxşı düşün" - deyə, o əlavə edib.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
200

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
245

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
489

Süd bioloji qocalmanı yavaşladır

17

Yanvar
12:54
AİLƏ, SAĞLAMLIQ
643
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2020 21:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru