Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2019
09:11
Bu il Azərbaycana daha çox Rusiyadan turist gəlib - SİYAHI

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

FaktXəbər-in məlumatına görə, gələnlərin 29,8 faizi Rusiya, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Qeyd edək ki, gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bundan başqa, 2019-cu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq 974,2 min nəfər olub.

Məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə : turist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
253

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
443
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 02:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru