Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
16:11
Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

"Nəsimi ili ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb".

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir: "Harada hansı ağacların əkilməsi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək. Bu da ölkəmizin gözəlləşməsinə xidmət edəcək".

Nazir müavini bildirib ki, xəritədə yer alan ərazilərdə Nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək: "Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük veriləcək və bir gündə 650 min ağac əkiləcək. Eyni zamanda Suraxanı rayonu, keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahə Nazirlik tərəfindən təmizlənir və orada da ağac əkilməsi nəzərdə tutulub".

F.Əliyev vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək. “Bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa, bir o qədər ağacların bitiş faizi yüksək olar. Ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcək. Artıq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.

Məqalədə : Nəsimi ili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İraqda güclü partlayış: on ölü

13

Dekabr
11:41
DÜNYA
165

Dünya bazarında neftin bahalaşması davam edir

13

Dekabr
10:39
İQTİSADİYYAT
223

Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

13

Dekabr
10:31
HÜQUQ,HADİSƏ
283

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
341

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
281

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
250

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
333

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 13:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru